İmişli şəhərində yol-nəqliyyat hadisəsi
26.03.2015Martın 26-da saat 16 radələrində İmişli şəhərində şəhər sakini Taleh Qasımovun idarə etdiyi “VAZ-2107” və Bəcrəvan kənd sakini Tapdıq Quliyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşmuşdur. T.Qasımov və 2 sərnişini, habelə T.Quliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Əyyub Müqabil orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.