DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
14.03.2015Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İqbal Həsənovun yaşadığı evdə tiryəkxana təşkil etməsi müəyyən edilmişdir. Onun evinə baxış zamanı 2,5 qram heroin, 3 ədəd metadon dərmanı, 1 ədəd elektron tərəzi, 1 ədəd beşbarmaq və digər ləvazimatlar aşkar edilərək götürülmüş, habelə orada narkotik vasitələrdən istifadə etmiş həmyerliləri, əvvəllər məhkum olunmuşlar Valeh Bədəlov, Rövşən Sultanov və Elman Quliyev saxlanılmışlar.