Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobildən oğurluq etmiş Binə qəsəbə sakini Əli Allahverdiyev tutulmuşdur

14.03.2015

Martın 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Ramin Şərifova məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 600 manat, mobil telefon və sənədlər oğurlanmışdır.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Allahverdiyev tutulmuşdur.

14.03.2015 tarixinə olan kriminal məlumatlar