Nəsimi rayonunun C.Məmmədquluzadə küçəsində yol-nəqliyyat hadisəsi
14.03.2015Martın 14-də saat 01 radələrində Nəsimi rayonunun C.Məmmədquluzadə küçəsində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini Valeh Cavadovu vurub hadisə yerini tərk etmişdir. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.