Oğurluğa görə saxlanılmış Bakı şəhər sakinləri N.Məmmədov, V.Eynullayev,İ.Müslümlü və E.Eldarovun digər oğurluq əməlləri də müəyyən edilmişdir
27.02.2015Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Fuad Əliyevə məxsus “BMW” markalı avtomobildən 430 manat və ətir oğurlamış Bakı şəhər sakinləri Neymət Məmmədov, Vüsal Eynullayev, İlqar Müslümlü və Eldar Eldarov saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 26-da Elşad Əhmədova məxsus “VAZ-21014” markalı avtomobildən səsgücləndirici, maqnitofon, akkumulyator və məişət əşyaları oğurlaması, habelə həmin gün Amil Abbasova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir.