Oğurluğa görə tutulmuş Bakı şəhər sakini Həmid İsgəndərovdan həşiş götürülmüşdür
27.02.2015Fevralın 26-na keçən gecə Yasamal rayonu ərazisindən Mətləb Kazımova, Teymur Niftəliyevə və Mehman Ağamalıyevə məxsus 3 ədəd velosiped oğurlanmışdır.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həmid İsgəndərov tutulmuşdur. Ondan 6,13 qram həşiş də götürülmüşdür.