Göygöl rayonunun Hacıməlik kəndində yol-nəqliyyat hadisəsi
27.02.2015Fevralın 27-də saat 22 radələrində Göygöl rayonunun Hacıməlik kəndində Yuriy Voytenko idarə etdiyi “DAF” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Firdovsi Cəlilovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.