Səbail rayon sakini Elvin Hüseynlini öldürmüş, onun bacısı Türkanı isə yaralayıb hadisə yerini tərk etmiş Rasim Mustafayev tutulmuşdur
17.02.2015DİN-in Təhlükəsiz Şəhər Xidməti, Səbail RPİ 8-ci PB, Sabunçu RPİ 13-cü PB və Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da Səbail rayonunun Bibiheybət qəsəbəsində yaşayan Elvin Hüseynlini öldürmüş, onun bacısı Türkanı isə yaralayıb hadisə yerini tərk etmiş Rasim Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobilində tutulmuşdur.