Nəsimi rayonu ərazisində paytaxt sakini N.Əzizovaya qarşı quldurluq etmiş Lənkəran şəhər sakini E.Ramazanov tutulmuşdur
17.02.2015Fevralın 16-da Nəsimi rayonu ərazisindəki evlərdən birinin girişində maskalı şəxs Nərmin Əzizovanı bıçaqla hədələyib pul verməsini tələb etmiş və müqavimətlə rastlaşdığından hadisə yerini tərk etmişdir.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini Elçin Ramazanov tutulmuşdur. Ondan 1 ədəd bıçaq və 2,711 qram tiryək götürülmüşdür.