Salyan şəhərindəki Azərbaycan Dəmiryol İdarəsinə məxsus binada yanğın baş vermişdir
17.02.2015Fevralın 17-də saat 05 radələrində Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən Azərbaycan Dəmiryol İdarəsinin fəhlə təchizat bölməsinə məxsus binada yanğın baş vermişdir. Nəticədə 6 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra orada yaşayan şəhər sakini, ruhi xəstə İbrahim Rüstəmovun yanmış meyiti tapılmışdır.