Masazır qəsəbəsində yerləşən “Romi” otelində keçmiş arvadına bıçaqla xəsarət yetirmiş Biləcəri qəsəbə sakini Z.İsmayılov tutulmuşdur
16.02.2015Fevralın 16-da Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Romi” otelində Biləcəri qəsəbə sakini Zöhrab İsmayılov keçmiş arvadı Vəfa Abdullayevaya bıçaqla xəsarət yetirmiş və V.Abdullayeva hadisə yerində ölmüşdür.
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.İsmayılov tutulmuşdur.