Bir qrup Ağcabədi rayon sakininin “Azər-mühafizə” MMC-nin rayon filialının rəisi M.Səfərovun barəsində etdiyi şikayət əsasında araşdırma aparılır
16.02.2015Fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev RPŞ-yə müraciət edərək 2014-cü ildə “Azər-mühafizə” MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadılıb ümumilikdə 12900 manat pullarının alınmasını bildirmişlər.
Araşdırmalar aparılır.