Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi
16.02.2015Fevralın 16-da saat 16 radələrində Xırdalan şəhərində Saray qəsəbə sakini Səməd Tağıyev idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarında dayanmış Goranboy rayon sakini Müşfiq Məmmədovun idarə etdiyi “BMC” markalı avtomobilə vurmuşdur. S.Tağıyev və sərnişinlərindən həmyerlisi Cavid Əliyev hadisə yerində ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.