Gün ərzində 63 cinayət faktı qeydə alınmışdır
12.02.2015Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınmış, onların da 25-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.