Bakı şəhər sakini H.Abdullayevə bıçaqla ölümcül xəsarət yetirmiş E.Cavadov tutulmuşdur
12.02.2015Fevralın 12-də Sabunçu rayonunun Maştağa qəsəbəsindən Bakı şəhər sakini Habil Abdullayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Elvin Cavadov tutulmuşdur.