Oğurluq etdiyinə görə tutulmuş X.Məmmədovun ötən ilin dekabr ayında Biləsuvar şəhərində mağazadan oğurluq etməsi də müəyyən edilmişdir
12.02.2015Fevralın 5-də oğurluq etdiyinə görə tutulmuş Xaliq Məmmədovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi, Gəncə ŞBPİ və Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il dekabr ayının 30-da Biləsuvar şəhərində şəhər sakini Azad Aslanova məxsus mağazadan danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.