Rusiya Federasiyası vətəndaşı Ələkbər Aslanovdan saxta pul əskinasları götürülmüşdür
11.02.2015Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər qəsəbəsinin ərazisində Rusiya Federasiyası vətəndaşı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılmışdır. Onun üstünə baxış zamanı 39 ədəd 5000, 25 ədəd 1000 və 10 ədəd 500 rus rublu olan saxta əskinaslar (225000), habelə 1 ədəd 20000, 1 ədəd 10000, 2 ədəd 5000, 2 ədəd 1000, 1 ədəd 500 və 3 ədəd 50 belarus rublu olan saxta əskinaslar (42650) aşkar edilərək götürülmüşdür.