Abşeron rayon sakini Vadim Həsənova məxsus qaçırılmış avtomobil tapılmışdır
11.02.2015Fevralın 11-nə keçən gecə Nəsimi rayonu ərazisindən Abşeron rayon sakini Vadim Həsənova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
Avtomobil həmin gün M.Davudoğlu küçəsində hərəkətdə olarkən Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmış, sürücü, Şamaxı rayon sakini Elnur Heydərov və sərnişini Məhəmməd Quliyev Nəsimi RPİ-yə təhvil verilmişlər.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.