Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Tovuz rayon sakini Arzu Qasımov ölmüşdür
11.02.2015Fevralın 10-da saat 22 radələrində Yasamal rayonunun Moskva prospektində Şəki rayon sakini Rauf Mustafayev idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Arzu Qasımovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş A.Qasımov fevralın 11-də orada ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.