Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd edərkən tutulmuş Bakı şəhər sakinləri İntizar Ağayevin, Vüqar Qurbanovun və Nurbəxşin Şirəliyevin digər cinayət əməlləri də müəyyən edilmişdir

01.02.2015

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Atamoğlan Eyvazovun evindən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri İntizar Ağayev, Vüqar Qurbanov və Nurbəxşin Şirəliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Alış Nağıyevə, Amil Xankişiyevə, Əlisəfa Mustafayevə, Aytəkin Piriyevaya, Əlislam Qasımova və Ramin Əbilova məxsus ev və avtomobillərdən pul, qızıl əşyalar və sənəd oğurlamaları, Famil Xankişiyevin evindən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.

01.02.2015 tarixinə olan kriminal məlumatlar