Samux rayonunun Qarayeri qəsəbəsində Ramilə Əliyevanın yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir
01.02.2015Fevralın 1-də saat 06 radələrində Samux rayonunun Qarayeri qəsəbəsində Ramilə Əliyevanın yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə evin pəncərə şüşələri sınmış, yanıq xəsarəti almış R.Əliyeva, qızları Sona və Gülay xəstəxanaya yerləşdirilmişlər.