Oğurluq etdiyinə görə tutulmuş Kamran Mürsəlovun digər cinayət əməlləri də müəyyən edilmişdir
01.02.2015Yanvarın 30-da oğurluq etdiyinə görə tutulmuş Kamran Mürsəlovun ətrafında Suraxanı RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il aprelin 18-də Cəmil Əzizova məxsus "VAZ-2106" markalı avtomobili qaçırması və cari il yanvarın 11-də Sabir Kərimova məxsus "VAZ-2101" markalı avtomobildən isə maqnitofon və səsgücləndirici oğurlaması da müəyyən edilmişdir.