Oğurluq etmiş Saray qəsəbə sakini Xanbaba Novruzov, Sumqayıt şəhər sakinləri Xəqani Şirinov və Cavid Quliyev tutulmuşlar
14.01.2015Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Elmar Bağırova məxsus mağazadan 400 manat və tütün məmulatı oğurlamış Saray qəsəbə sakini Xanbaba Novruzov, Sumqayıt şəhər sakinləri Xəqani Şirinov və Cavid Quliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün Aybəniz Abbasovaya məxsus mağazadan 12 manat və danışıq kartları oğurlamaları da müəyyən edilmişdir.