Vətəndaşlardan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülmüşdür
14.01.2015Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çarxana kənd sakini Həsrət Məmmədovdan xaricdə istehsal edilmiş, Yemişənli kənd sakini Baloğlan Qasımovdan “TOZ-20”, Mamaylı kənd sakini Şafiq Zahirovdan isə “TOZ-63” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülmüşdür.