Oğurluq etdiyinə görə tutulmuş Ucar şəhər sakini Əli Rəhimlinin digər cinayət əməli də müəyyən edilmişdir
14.01.2015Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Solmaz Hüseynovanın evindən məişət əşyası oğurlamış şəhər sakini Əli Rəhimli tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 11-də Əminə Hüseynovanın evindən qızıl əşyalar və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.