Yanvarın 4-də İ.Alışanovun külli məbləğdə pulunu, qızıl əşyalarını və ov tüfənglərini almış şəxslər tutulmuşlar
11.01.2015Baş Cinayət-Axtarış İdarəsi, Göygöl RPŞ və Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də İsa Alışanovun 50000 manatını, 3000 manat dəyərində qızıl əşyalarını və 2 ədəd ov tüfəngini quldurluq yolu ilə almış Üçbulaq kənd sakini Elmidar Mirişov, Neftçala rayon sakini Qorxmaz Manafov və Şabran rayon sakini Qərib Dostəliyev tutulmuşdur.