Xəzər rayonu ərazisində “VAZ-2106” və “Renault” markalı avtomobillər toqquşmuşdur
11.01.2015Yanvarın 11-də saat 19 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Rəşad Nurullayevin idarə etdiyi “VAZ-2106” və Zabit Mayılovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşmuşdur. R.Nurullayev və sərnişini Elçin Əliyev, habelə Z.Mayılovun Telman adlı şərnişini hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.