Ağstafa rayonunun Poylu kəndində yol-nəqliyyat hadisəsi
11.01.2015Yanvarın 11-də saat 21 radələrində Ağstafa rayonunun Poylu kəndində Aşağı Kəsəmən kənd sakini Elçin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.