Oğurluq etmiş Şirvan şəhər sakinləri Əvəzağa Həşimov, Zaur İbrahimov və Orxan Nuruzadə tutulmuşlar
10.01.2015Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Laçın Muradovun kirayədə yaşadığı evdən 140 cüt ayaqqabı oğurlamış şəhər sakinləri Əvəzağa Həşimov, Zaur İbrahimov və Orxan Nuruzadə tutulmuşlar. Ə.Həşimovun və Zaur İbrahimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 2-də Səməd Bağırova məxsus “VAZ-21061” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir.