Lerik rayon sakini Elvüsal Qaraşlıya bıçaqla xəsarət yetirmiş Vasif Ağayev tutulmuşdur
10.01.2015Yanvarın 9-da saat 18 radələrində Cəlilabad şəhərində Günəşli kənd sakini Vasif Ağayev münaqişə zəminində Lerik rayon sakini Elvüsal Qaraşlıya bıçaqla xəsarət yetirmişdir.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Ağayev tutulmuşdur.