Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi
10.01.2015Yanvarın 10-da saat 07 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Elxan Ağalıyevin idarə etdiyi “Daewoo”, Sumqayıt şəhər sakini Əsəd Həmzəyevin idarə etdiyi “Mercedes” və Salyan rayon sakini Saleh Şükürovun idarə etdiyi “Daewoo-Nexia” markalı avtomobillər toqquşmuşdur. S.Şükürov və sərnişinlərindən - Rusiya Federasiyası vətəndaşı Arzu Xəlilova hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.