Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi
07.01.2015Yanvarın 7-də saat 13 radələrində Sumqayıt şəhərində şəhər sakini Ramil Əsgərov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən həmyerlisi Minarə Mədətovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.