Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.01.2015Yanvarın 7-də saat 19 radələrində Salyan rayonu ərazisində Lənkəran şəhər sakini Nəhmət Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Sürücü hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.