Daşkəsən rayonunun Quşçu qəsəbəsində yol-nəqliyyat hadisəsi
07.01.2015Yanvarın 7-də saat 14 radələrində Daşkəsən rayonunun Quşçu qəsəbəsində Gəncə şəhər sakini Zöhrab Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırmışdır. Sürücü hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.