Xətai rayonunun Əbilov küçəsində yol-nəqliyyat hadisəsi
04.01.2015Yanvarın 4-də saat 20 radələrində Xətai rayonunun Əbilov küçəsində Bakı şəhər sakini Musa Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-40 yaşlı qadını vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş həmin qadın orada ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.