Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şamaxı rayonunun Acıdərə kəndində yol-nəqliyyat hadisəsi

04.01.2015

Yanvarın 4-də saat 15 radələrində Şamaxı rayonunun Acıdərə kəndində Sabirabad rayon sakini Vaqif Ağayev idarə etdiyi "Hovo" markalı yük avtomobilini Ağsu rayon sakini Elmin Əiyevin idarə etdiyi "Mercedes" markalı avtomobilin üzərinə aşırmış, sonradan sürüşərək qarşıdan gələn Bakı şəhər sakini Zöhrab Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomobilə vurmuşdur. E.Əliyev və sərnişinləri - Bakı şəhər sakinləri Azər Abbasov, Əntiqə Əiyeva və Fərid Əliyev, habelə V.Ağayev və sərnişini - paytaxt sakini Vaqif Baxşəliyev hadisə yerində ölmüş, Z.Abbasovun 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.

04.01.2015 tarixinə olan kriminal məlumatlar