Cəlilabad rayonunun Alar kəndində yol-nəqliyyat hadisəsi
04.01.2015Yanvarın 4-də saat 08 radələrində Cəlilabad rayonunun Alar kəndində Sumqayıt şəhər sakini Ziya Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Sürücü və sərnişini - Masallı rayon sakini Ayxan Mahmudlu hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.