Kürdəmir rayonunun Xırdapay kəndində yol-nəqliyyat hadisəsi
03.01.2015Yanvarın 3-də saat 10 radələrində Kürdəmir rayonunun Xırdapay kəndində Ucar rayon sakini Nicat Heydərovun və Bakı şəhər sakini Nidayət Quliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuşdur. N.Heydərovun sərnişinlərindən - Bakı şəhər sakinləri Arif Xəlilov hadisə yerində ölmüş, özü və digər 3 sərnişini, habelə N.Quliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.