Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində Bakı şəhər sakini İlqar Əliyevə məxsus kafedə yanğın baş vermişdir
03.01.2015Yanvarın 3-də saat 09 radələrində paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində Bakı şəhər sakini İlqar Əliyevə məxsus kafedə yanğın baş vermişdir. Nəticədə 20 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış İ.Əliyevə və orada işləyən Sevda Əhmədovaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.