Quba rayonunun Qam-Qam kəndində yol-nəqliyyat hadisəsi
03.01.2015Yanvarın 3-də saat 16 radələrində Quba rayonunun Qam-Qam kəndində rayon sakini Emin Nəzirov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerlisi Vasif Tahirovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Quba RPŞ tərəfindən araşdırma aparılır.