Gün ərzində 16 cinayət faktı qeydə alınmışdır
04.06.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 16 cinayət faktı qeydə alınmışdır ki, onların da 15-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. - 4 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.