Beynəlxalq Avtovağzalın fəhlələri Zaman Məmmədov və Fəzail Mehralıyev bədbəxt hadisə nəticəsində ölmüşlər
04.06.2007Saat 16:30 radələrində, inşa edilməkdə olan Beynəlxalq Avtovağzalın ərazisində, oranın fəhlələri Zaman Məmmədov və Fəzail Mehralıyev dərinliyi 7-8 metr olan quyuda kommunikasiya xətlərini birləşdirərkən üstlərinə torpaq uçmuşdur. Z.Məmmədov və F.Mehralıyev aldıqları xəsarətdən ölmüşlər.