DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
04.06.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ 6-cı PB əməkdaşları Bakı şəhər sakini Taleh Zalovdan 0,198 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini İsmayıl Kazımovdan 0,223 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini İlham Əhmədovdan 7,27 qram həşiş götürmüş, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Zabit Sultanov narkotik vasitə satdığına görə tutulmuş, ondan 1 qram heroin götürülmüşdür.