Dekabrın 30-da “White Palace” şadlıq sarayında pul salınması üçün nəzərdə tutulmuş qutudan pulları oğurlamış İ.Qafarov tutulmuşdur
31.12.2014Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 30-da “White Palace” şadlıq sarayında Teymur Səfərovun toy mərasimində pul salınması üçün nəzərdə tutulmuş qutudan 2900 manat və 300 ABŞ dollarını oğurlamış, orada işləyən Kürdəmir rayon sakini İmran Qafarov tutulmuşdur.