Salyan rayonunun Xıdırlı kəndində yol-nəqliyyat hadisəsi
31.12.2014Dekabrın 31-də saat 17 radələrində Salyan rayonunun Xıdırlı kəndində şəhər sakini Ramin Sadıqovun idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Söhbət Adıgözəlovun idarə etdiyi “VAZ-21013” markalı avtomobillər toqquşmuş və nəticədə “Mercedes” markalı avtomobil aşmışdır. R.Sadıqov və sərnişinlərindən - Salyan şəhər sakinləri Orxan Nəzərov hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.