Xaçmaz rayonu ərazisində “Mitsubishi” markalı avtomobillə yolun kənarında dayanmış iki piyada vurulmuşdur
31.12.2014Dekabrın 31-də saat 20 radələrində Xaçmaz rayonunun Kəndxudat kəndində rayon sakini Ərəstun Seyidov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Ruslan Əsədovu və İmran İsmayılovu vurmuşdur. İ.İsmayılov hadisə yerində ölmüş, R.Əsədov xəstəxanaya yerləşdirilmişdir.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.