Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
28.12.2014Dekabrın 28-də saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda şəhər sakini Pərviz Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Sürücü hadisə yerində ölmüş, 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.