Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi
28.12.2014Dekabrın 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini İnci Ələsgərova vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.