Nəsimi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi
28.12.2014Dekabrın 28-də saat 22 radələrində Nəsimi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini Hüseyn Qurbanlının idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan motosikletlə müəyyən edilməmiş motosiklet toqquşmuş, sonradan H.Qurbanlının motosikleti həmin prospektdə dayanmış “Chevrolet” markalı avtomobilə çırpılmışdır. H.Qurbanlının sərnişini Nərmin Abdullayeva hadisə yerində ölmüş, özü və digər motosikletin sərnişini Nigar Əliyeva xəstəxanaya yerləşdirilmişlər.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.