Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İtkin düşmüş Esmira Əliyevanın Gəncə şəhər sakini Vidayət İsmayılov tərəfindən boğma yolu ilə qətlə yetirilməsi, cəsədinin isə evinin həyətində basdırılması müəyyən edilmişdir

19.12.2014

Dekabrın 19-da Bərdə şəhər sakini Zahid Əliyev Nizami (Gəncə) RPİ-yə müraciət edərək qardaşının qızı Esmira Əliyevanın cari il noyabr ayında Gəncə şəhərində yaşadığı evdən çıxmasını və itkin düşməsini bildirmişdir.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində E.Əliyevanın cari il noyabr ayının əvvəllərində qeyri-rəsmi nigah münasibətində olduğu, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Vidayət İsmayılov tərəfindən boğma yolu ilə qətlə yetirilməsi, cəsədinin isə evinin həyətində basdırılması müəyyən edilmişdir.

V.İsmayılov tutulmuşdur.

19.12.2014 tarixinə olan kriminal məlumatlar